CRM-i 7 gündə tətbiq etmək: qeydiyyatdan ilk hesabata qədər gün-gün plan

CRM tətbiqi aylarla çəkməli deyil. Qeydiyyatdan ilk hesabata qədər 7 günlük praktik plan: istifadəçilər, müştəri bazasının köçürülməsi, satış mərhələləri, kanallar, telefon, təlim və nəticə.

CRM-i 7 gündə tətbiq etmək: qeydiyyatdan ilk hesabata qədər gün-gün plan

· SBT Consulting & Solutions

Başlamazdan əvvəl: bir sahib və bir qayda

Tətbiqin bir sahibi olmalıdır — qərar verən və komandanı izləyən bir nəfər, adətən satış rəhbəri və ya şirkət rəhbəri. Bir də sadə qayda razılaşdırın: «CRM-də yoxdursa, olmayıb». Lead, zəng, sifariş və ya ödəniş proqramda qeyd olunmayıbsa, hesabata da düşmür. Bu qayda olmadan ən yaxşı proqram da yarımçıq qalır.

1-ci gün: qeydiyyat, şirkət və istifadəçilər

crm.sbt.az/signup ünvanında qeydiyyatdan keçin — bank kartı tələb olunmur, sınaq dərhal başlayır. Şirkət məlumatlarını və loqonu yazın. Sonra işçiləri dəvət edin və hər birinə rol verin: satıcı yalnız öz müştərilərini görsün, rəhbər hamısını, mühasib maliyyəni. Admin hesabında iki addımlı doğrulamanı (2FA) elə ilk gün aktivləşdirin.

2-ci gün: müştəri bazasını köçürün

Müştəriləri Excel faylı ilə yükləyin. Köçürmədən əvvəl faylı təmizləyin: dublikatları birləşdirin, telefon nömrələrini bir formata salın, hər müştəriyə məsul işçi yazın. Bütün arxivi köçürmək vacib deyil — son 12 ayda işlədiyiniz müştərilər kifayətdir. Təmiz baza barədə ətraflı: crm.sbt.az/blog/musteri-bazasi-nece-qurulur.

3-cü gün: satış mərhələləri və lead mənbələri

Satış qıfını 5–7 mərhələ ilə qurun: məsələn, yeni sorğu, əlaqə quruldu, təklif göndərildi, danışıq, qazanıldı və ya itirildi. Mərhələ çox olanda satıcılar onları yeniləmir. Lead mənbələrini yazın: sayt, Instagram, zəng, tövsiyə. Mərhələlərin necə seçilməsi barədə: crm.sbt.az/blog/satis-qifi-nece-qurulur.

4-cü gün: kanalları bağlayın, malları yükləyin

Sorğular hansı kanaldan gəlirsə, onları CRM-ə bağlayın: WhatsApp, Telegram, e-poçt, saytdakı forma. Saytınız yoxdursa və ya formadan gələn sorğular itirsə, SBT Web saytı abunə ilə hazırlayır və formanı ilk gündən CRM-ə bağlayır: web.sbt.az. Sifariş, anbar və ya kassa ilə işləyirsinizsə, bu gün malları, qiymətləri və qalıqları Excel ilə yükləyin; 1C istifadə edirsinizsə, mallar oradan sinxronlaşdırılır.

5-ci gün: telefonlar və bildirişlər

SBT CRM telefonda proqram kimi quraşdırılır, bildirişlər də telefona gəlir. Bu gün hər işçinin telefonunda tətbiqi quraşdırın və bildirişlərə icazə verin. Sahədə işləyən satıcılar varsa, bir ziyarəti GPS ilə qeyd edib sifariş yazmağı birlikdə sınayın. Yeni lead və ya tapşırıq gələndə işçi bunu dərhal görməlidir — CRM-in faydası məhz burada başlayır.

6-cı gün: bir saatlıq təlim və real iş

  • Hər rol üçün 3–4 əsas əməliyyatı göstərin, hamısını yox: satıcıya lead, tapşırıq və mərhələ dəyişikliyi, rəhbərə panel və hesabat.
  • Təlimdən sonra hər kəs günün işini artıq CRM-də görür, Excel-də yox.
  • Suallar üçün proqramın içində kömək mərkəzi var: addım-addım məqalələr və sual göndərmək imkanı.
  • Rəhbər axşam panelə baxır: kim nə qeyd edib, hansı tapşırıq gecikib.

7-ci gün: yoxlama və qərar

Həftənin sonunda üç şeyi yoxlayın: bütün yeni sorğular CRM-dədirmi, satıcılar tapşırıqları vaxtında bağlayırmı, rəhbər lazım olan rəqəmi Excel-siz görürmü. Cavablar «hə»dirsə, paketi seçin və Excel faylını yalnız oxumaq üçün saxlayın. Paralel iki sistem uzun müddət qalmamalıdır. İlk ay ərzində hər həftə 15 dəqiqəlik qısa görüşdə nəyin işləmədiyini müzakirə edin və ayarları düzəldin.

Paket seçimi və kömək

Starter (59 AZN/ay) lead, müştəri, sövdələşmə və tapşırıqlar üçündür; Standard (149 AZN/ay) müqavilə, faktura, maliyyə və maaşı əlavə edir; Business (299 AZN/ay) sifariş, anbar, kassa, səyyar satış, WhatsApp, Telegram botu və 1C inteqrasiyasını. Mağaza və aptek üçün Kassa + Anbar paketi 99 AZN/aydır. Müqayisə: crm.sbt.az/pricing. Seçimdən əvvəl yoxlama siyahısı: crm.sbt.az/blog/crm-nece-secilir-yoxlama-siyahisi.

Məlumatı köçürmək və ya prosesi qurmaq üçün kömək lazımdırsa, SBT Consulting & Solutions komandası ilə əlaqə saxlayın: info@sbt.az · +994 55 455 27 26.

Tez-tez verilən suallar

7 gün böyük şirkət üçün də kifayətdirmi?

Əsas satış prosesi üçün çox vaxt bəli. Çoxlu anbar, 1C inteqrasiyası və ya mürəkkəb icazələr varsa, tətbiqi mərhələlərə bölmək daha düzgündür: əvvəlcə satış, sonra sifariş və anbar.

Sınaq bitəndə daxil etdiyimiz məlumat itirmi?

Xeyr. Paketi seçəndə eyni hesabla davam edirsiniz, məlumatı yenidən daxil etmək lazım deyil.

Komanda proqramdan istifadə etmək istəmirsə, nə etməli?

Proqramı sadələşdirin: lazımsız sahələri və mərhələləri çıxarın, hər rol üçün yalnız əsas əməliyyatları saxlayın. Rəhbərin özü də hesabatları yalnız CRM-dən istəməlidir.

Əlaqəli həll

Kömək mərkəzində addım-addım