Satış təmsilçiləri üçün səyyar satış proqramı

Satış təmsilçiləri üçün proqram: ziyarət planı, GPS check-in, rəf fotosu, internetsiz sifariş. Ziyarətlərin izlənməsini asanlaşdırın — 7 gün pulsuz sınayın.

Sahə satışında nəzarət problemi

Kağız marşrut vərəqləri və mesajlarla göndərilən sifarişlər ziyarətin həqiqətən baş tutub-tutmadığını göstərmir. Sifariş ofisə gec çatır, müştərinin borcu isə sifariş qəbul olunandan sonra məlum olur. Səyyar satış proqramı bu məlumatı elə ziyarət anında toplayır.

Ziyarətlərin izlənməsi: plan, GPS check-in və nəticə

  • Günün ziyarətləri kartlar şəklində görünür: ünvan, borc və limit, sizə olan məsafə.
  • Check-in yalnız müştərinin GPS nöqtəsindən təyin olunmuş radius daxilində qəbul olunur, standart radius 200 metrdir.
  • Avtomatik check-in seçiləndə tətbiq açıq olduqca müştəriyə yaxınlaşanda qeydiyyat özü edilir.
  • Rəf fotosu, məhsul yerləşdirməsi və qüsur bildirişi üçün foto əlavə olunur.
  • Ziyarətin nəticəsində növbəti ziyarət tarixi seçilsə, yeni ziyarət özü planlaşdırılır.
  • Check-in olmadan ziyarəti tamamlamaq üçün səbəb yazmaq məcburidir.

Sahədən sifariş və borc nəzarəti

Satış təmsilçisi sifarişi birbaşa ziyarət kartından yaradır: malı, miqdarı, qiyməti və endirimi seçir, bonus malı qeyd edir. Sətrin altında sərbəst qalıq və kredit xəbərdarlığı görünür. İnternet yoxdursa, sifariş telefonda saxlanılır və bağlantı qayıdanda avtomatik göndərilir, təkrar göndərmə dublikat yaratmır.

Telefonda tətbiq kimi işləyir

SBT CRM-i mağazadan yükləmədən telefonun ana ekranına tətbiq kimi əlavə etmək olar, Android üçün isə ayrıca tətbiq faylı da var. Push bildirişləri tapşırıq, görüş və sifarişlər barədə xəbər verir. Sahəyə çıxmazdan əvvəl Ziyarətlər səhifəsini internetlə açmaq kifayətdir: müştərilər, mallar və 7 günlük plan telefona yüklənir.

Rəhbər üçün nəzarət və KPI

Hər işçi öz ziyarətlərini, rəhbər isə tabeliyindəkilərin ziyarətlərini görür və onlara ziyarət planlaşdıra bilər. Xəritədə check-in edilmiş və gözləyən ziyarətlər fərqli rəngdə göstərilir. Analitikada hər satıcı üçün satış, sifariş, ziyarət və yeni müştəri hədəfləri qoyulur, KPI-da tamamlanmış və GPS təsdiqli ziyarətlər ayrıca sayılır.

Kimlər üçündür və necə başlamaq

Proqram distribyutorlar, istehsalçıların satış komandaları və mağazalara mal çatdıran şirkətlər üçündür. Müştəri bazasını Excel ilə yükləyin, müştərinin GPS nöqtəsini isə yerindəykən bir düymə ilə və ya Google Maps linki ilə qeyd edin. Qeydiyyatdan sonra 7 günlük pulsuz sınaq başlayır, bank kartı tələb olunmur. Ziyarətlərin daxil olduğu paketlər Qiymətlər səhifəsindədir.

Tez-tez verilən suallar

İnternet olmayan ərazidə işləyirmi?

Bəli. Oflayn rejimdə ziyarət planı, check-in, nəticə, foto və sifariş telefonda saxlanılır və internet qayıdanda avtomatik göndərilir. Oflayn rejim sahə işi üçündür, digər bölmələr internet tələb edir.

iPhone-da istifadə etmək olar?

Bəli. Safari-də «Paylaş» menyusundan «Ana ekrana əlavə et» seçin. Push bildirişləri iOS 16.4 və daha yeni versiyalarda ana ekrana əlavə olunmuş tətbiqdə işləyir.

Check-in zamanı «uzaqdasınız» xətası çıxırsa nə etməli?

Siz müştərinin nöqtəsindən radiusdan uzaqdasınız. Yaxınlaşın və ya nöqtə səhvdirsə, müştəri kartında koordinatları düzəldin.

Oflayn sifarişdə kredit limiti yoxlanılırmı?

Bəli, telefondakı borc və limit məlumatı ilə. Dəqiq yoxlama internet qayıdanda serverdə aparılır.

Proqram yenilənəndə tətbiqi telefonda yenidən quraşdırmaq lazımdır?

Xeyr. Tətbiq CRM-in özünü açır, ona görə yeni bölmələr və düzəlişlər avtomatik gəlir. Məlumatlar da telefonda yox, hesabınızda saxlanılır.

Bloqdan

Kömək mərkəzində addım-addım