Sayt sifarişindən əvvəl 7 sual: satış gətirən sayt necə seçilir
Biznes saytı sifariş etməzdən əvvəl soruşulmalı 7 sual: sorğular hara düşür, kim cavab verir, düzəlişlər, domen, hosting, ölçmə və sayt ilə CRM-in əlaqəsi.

· SBT Consulting & Solutions
7 sual
- Formadan gələn sorğu hara düşür? E-poçta, yoxsa sorğunun itməyəcəyi bir sistemə (CRM)?
- Sorğuya kim və nə qədər tez cavab verəcək? Məsul işçi və xatırlatma varmı?
- Saytdan neçə sorğu gəldiyini və neçəsinin satışa çevrildiyini necə görəcəksiniz?
- Mətn, qiymət və şəkil dəyişikliyini kim edəcək və hər dəfə ayrıca pul ödəyəcəksinizmi?
- Domen kimin adına qeydiyyatdan keçir? Hosting, SSL və ehtiyat nüsxə kimin üzərindədir?
- Sayt telefonda rahat açılırmı və WhatsApp, Telegram kimi tez əlaqə yolları varmı?
- Əməkdaşlıq bitəndə sayt, məlumatlar və domen sizdə necə qalır?
Niyə sayt və CRM birlikdə düşünülməlidir
Sayt müştərini gətirir, CRM isə onu satışa qədər aparır. Sorğu CRM-də lead kimi yarananda məsul işçiyə tapşırıq gedir, sorğunun mənbəyi qeyd olunur, ay sonunda isə saytın neçə satış gətirdiyini görmək olur. Bu əlaqə olmayanda sayt yalnız «vizit kartı» kimi qalır.
SBT Web: abunəliklə sayt, sorğular SBT CRM-ə
SBT Web abunəliklə sayt xidmətidir: dizayn, hazırlanma, hosting, SSL, domen və aylıq düzəlişlər bir aylıq ödənişə daxildir, paketlər 63 ₼/ay-dan başlayır (ƏDV-siz). Formalardan gələn sorğular birbaşa SBT CRM-ə lead kimi düşür. SBT Web və SBT CRM birlikdə olduqda hər ikisinə 20% endirim tətbiq olunur. Ətraflı: web.sbt.az.
Tez-tez verilən suallar
Sayt və CRM eyni şirkətdən olmalıdır?
Mütləq deyil, amma saytdan gələn sorğular CRM-ə avtomatik düşməlidir. Eyni komanda həm saytı, həm CRM-i qurduqda bu bağlantı ilk gündən işləyir.
SBT Web saytının sorğuları hara düşür?
SBT CRM-ə lead kimi; məsul işçiyə tapşırıq və bildiriş gedir.