Sayt və CRM birlikdə: saytdan gələn hər sorğu satışa çatsın — üstəlik 20% endirim
Saytdan gələn sorğu necə avtomatik CRM-də lead olur, kataloq sifarişi necə CRM sifarişinə çevrilir və SBT Web + SBT CRM birlikdə alınanda 20% endirim necə tətbiq olunur.

· SBT Consulting & Solutions
Problem: sayt var, sorğular itir
Sayt reklamdan, axtarışdan və sosial şəbəkələrdən müştəri gətirir, amma sorğu e-poçta və ya ayrıca panelə düşürsə, onu kimin və nə vaxt cavablandırdığı görünmür. Bir neçə gün sonra müştəri artıq rəqibdən alıb.
Nəticəni ölçmək də çətinləşir: saytdan ayda neçə sorğu gəldi, neçəsi satışa çevrildi, hansı xidmət daha çox soruşulur — bu sualların cavabı adətən olmur.
SBT Web + SBT CRM: necə işləyir
SBT Web abunəliklə sayt xidmətidir: dizayn, hazırlanma, hosting, SSL, domen və aylıq düzəlişlər bir aylıq ödənişə daxildir. Sayt SBT CRM-ə bağlananda:
- Əlaqə formasından və zəng sorğusundan gələn müraciət CRM-də lead kimi yaranır, məsul işçiyə tapşırıq və bildiriş gedir.
- Mağaza paketində kataloqdan verilən sifariş CRM-də sifariş olur və anbar qalığı ilə işləyir.
- Saytdakı WhatsApp düyməsi və Telegram botu müştəriyə rahat əlaqə yolu verir; botdan gələn sifariş və suallar da CRM-ə düşür.
- Lead-in mənbəyi qeyd olunur, ona görə hesabatlarda saytdan gələn sorğuların sayını və onların satışa çevrilməsini görmək olur.
20% endirim necə tətbiq olunur
SBT Web və SBT CRM abunəliyi birlikdə olduqda hər ikisinə 20% endirim tətbiq olunur. Bu, həm yeni müştərilərə, həm də artıq SBT CRM istifadə edən və sayt sifariş etmək istəyən şirkətlərə aiddir.
Nümunə: SBT CRM Standard (149 ₼/ay) və SBT Web «Şirkət» paketi (159 ₼/ay) birlikdə 308 ₼ əvəzinə 246,40 ₼/ay olur. Bu, ayda 61,60 ₼, ildə 739,20 ₼ qənaət deməkdir. SBT Web qiymətlərinə ƏDV daxil deyil; dəqiq məbləğ müqavilədə və hesab-fakturada göstərilir.
- SBT CRM: Starter 59 → 47,20 ₼, Standard 149 → 119,20 ₼, Business 299 → 239,20 ₼ (aylıq)
- SBT Web: Vitrin 63 → 50,40 ₼, Şirkət 159 → 127,20 ₼, Mağaza 239 → 191,20 ₼ (aylıq)
Necə başlamaq olar
SBT CRM-i 7 gün pulsuz sınaya bilərsiniz, kart tələb olunmur: crm.sbt.az. Sayt üçün web.sbt.az-da paket seçin və ya sorğu göndərin. Müraciətdə «Sayt + CRM» yazın, endirimi müqaviləyə daxil edək. Telefon və WhatsApp: +994 55 455 27 26, e-poçt: sales@sbt.az.
Tez-tez verilən suallar
Endirim hansı xidmətə tətbiq olunur?
SBT Web və SBT CRM abunəliyi birlikdə olduqda hər ikisinə, yəni həm saytın, həm də CRM-in abunə haqqına 20% endirim tətbiq olunur.
Artıq SBT CRM istifadə edirəm. Endirim mənə də aiddir?
Bəli. SBT Web-dən sayt sifariş etdikdə endirim hər iki abunəliyə tətbiq olunur. Bizə «Sayt + CRM» yazın.
Saytdan gələn sorğu CRM-də nə vaxt görünür?
Forma göndərilən kimi CRM-də lead yaranır, məsul işçiyə tapşırıq və bildiriş gedir.