İnternetsiz kassa və Windows kassa proqramı
İnternet kəsiləndə kassa satışa davam edir: satışlar cihazda saxlanılır, internet qayıdanda avtomatik göndərilir. Windows proqramı (.exe) və brauzerdən quraşdırılan tətbiq.
İnternet kəsiləndə «🧾 Kassa» dayanmır. Mallar, qiymətlər və açıq növbə cihazın yaddaşında saxlanılır; satış davam edir, çekdə müvəqqəti nömrə (OFF-…) və «OFLAYN — sinxronlaşdırılmayıb» yazılır. İnternet qayıdan kimi satışlar özü serverə göndərilir və anbardan yalnız o zaman çıxılır. Səhifəni yeniləsəniz, brauzeri və ya kompüteri bağlayıb açsanız da göndərilməmiş satışlar itmir.
Kassanı internetsiz işə hazırlamaq (bir dəfə, internet varkən)
«🧾 Kassa» → «Kassa proqramını yüklə». İki yol var: Windows proqramı (.exe) və ya brauzerdən «Tətbiqi quraşdır». Hər ikisi internetsiz işləyir. Eyni blok Parametrlər → «🧾 Kassalar (POS)» bölməsində də var.
Kassanı açın, daxil olun, kassanı seçin və növbəni açın. Mallar və qiymətlər avtomatik yadda saxlanılır (mal siyahısı hər açılışda yenilənir).
Hazırdır — internet kəsilsə, satış davam edəcək.
İnternet kəsiləndə
Ekranın yuxarısında sarı zolaq çıxır: «Oflayn — N satış göndərilməyib».
Satış adi qaydada: barkod, ad və ya «Mallar» paneli; nağd, kart və ya qarışıq ödəniş. Çek çap olunur (müvəqqəti nömrə ilə).
İnternet qayıdanda satışlar özü göndərilir («İndi göndər» düyməsi ilə də olar). Server qiyməti öz məlumatına görə yoxlayır; hər çek yalnız bir dəfə yazılır.
İnternetsiz OLMAYANLAR: növbəni açmaq və bağlamaq (Z), X-hesabat, qaytarma, müştəri seçmək, topdan qiymət, IMEI / seriya nömrəli mallar və sərbəst sətir. Göndərilməmiş oflayn satış qalanda növbəni bağlamaq olmur — əvvəlcə internet qayıtmalıdır.
Qalıq çatmasa (məsələn, internetsiz vaxtda eyni malı başqa kassa da satıb), oflayn satış yenə qəbul olunur, mal mənfi qalığa düşür və admin ilə «Kassa — düzəliş» imtiyazı olanlara bildiriş gedir. İnternetlə edilən satışlarda qayda dəyişməyib — qalıq çatmayan mal satılmır.
Windows kassa proqramı
«Windows üçün yüklə (.exe)» basın və faylı açın. Windows «naməlum nəşriyyatçı» xəbərdarlığı göstərə bilər: «Daha ətraflı» → «Hər halda işə sal».
İlk açılışda şirkətinizin ünvanını yazın (məsələn: sizinşirkət.crm.sbt.az və ya crm.sbt.az). Parametrlərdə printer seçmək, tam ekran və Windows açılanda avtomatik başlamaq da var.
Proqram çeki önbaxışsız birbaşa printerə göndərir. İnternet olmayanda da açılır və satışa davam edir.
Proqram özü yenilənir: yeni versiya fonda yüklənir və «Yeni versiya hazırdır — yenidən başlat» bildirişi çıxır. Satışı bitirib «Yenidən başlat» basın; basmasanız, proqramı bağlayanda quraşdırılır. Kassa səhifəsinin özü həmişə ən son versiyadır. 0.1.0 versiyasını quraşdırmısınızsa, yeni versiyanı bir dəfə əl ilə yükləyin — sonrakı yeniləmələr avtomatikdir.
SBT CRM kassa aparatı (NKA) ilə birlikdə işləyir: satış CRM-də aparılır, fiskal çek aparatdan vurulur və onun nömrəsi satışa bağlanır. Nömrəsi yazılmamış çeklər Z-hesabatda ayrıca göstərilir, sonradan dəyişmək yalnız menecerə açıqdır. Omnitech kassa aparatları ilə birbaşa inteqrasiya hazırlanır — qoşulandan sonra çek avtomatik vurulacaq.