Omnitech kassa aparatı ilə inteqrasiya: çek birbaşa kassadan
SBT Kassa Windows proqramı Omnitech onlayn kassa aparatı ilə birbaşa işləyir: satış, qaytarma, növbə, X/Z hesabatı və bank POS-terminalı. İnteqrasiya test mərhələsindədir.

· SBT Consulting & Solutions
Nə dəyişir
Əvvəl kassir satışı CRM-də edir, sonra aparatda ayrıca çek vurub onun nömrəsini proqrama yazırdı («əl rejimi»). İndi «Ödəniş» düyməsinə basanda satış aparata gedir, aparat fiskal çeki çap edir, çekin kodu isə satışla birlikdə CRM-də saxlanılır.
Aparatda bu əməliyyatlar işləyir: satış, qaytarma (əsl çekə bağlı), eyni növbədə ləğv, növbənin açılması, X hesabatı, Z hesabatı ilə növbənin bağlanması, kassaya pul qoyma və götürmə, çekin surəti.
Bank POS-terminalı
Bank POS-terminalı Omnitech-ə qoşulubsa, kartla ödəniş terminala avtomatik göndərilir. Kassada «Müştəri kartla ödəyir — terminalda gözləyin» yazısı görünür, fiskal çek ödəniş təsdiqlənəndən sonra vurulur. Kart rədd edilsə, satış yazılmır.
Ödəniş başqa yerdə olubsa — Wolt, onlayn ödəniş və ya köçürmə — kassir «Kartla ödəniş başqa yerdə edilib (Wolt, onlayn ödəniş, köçürmə)» qutusunu işarələyir və ödənişin RRN nömrəsini yazır; terminala sorğu getmir.
İnternet olmayanda
Aparat mağazanın daxili şəbəkəsində işlədiyi üçün internet kəsiləndə də çek vurulur. Satış fiskal kodu ilə proqramın növbəsində qalır və internet qayıdanda CRM-ə göndərilir.
Aparatın parolu və ünvanı yalnız Windows proqramında saxlanılır (Windows-un şifrələməsi ilə) və serverə getmir.
Necə qoşulur
Windows kassa proqramını Kassa səhifəsindəki «Tətbiq yüklə» → «🖥 Windows kassa proqramı (.exe)» ilə yükləyin. Proqramda Ctrl+Shift+S → «Fiskal aparat (NKA)» bölməsində aparatın IP ünvanını, API istifadəçisini və parolunu yazın, «Bağlantını yoxla» basın. Ayarlar → Kassalar-da kassanın fiskal rejimini «Omnitech NKA» seçin.
API istifadəçi adı və parolunu Omnitech dəstəyindən (*1711) almaq lazımdır. Digər aparatlar üçün «əl rejimi» əvvəlki kimi qalır.
Tez-tez verilən suallar
İnteqrasiya artıq istifadəyə hazırdır?
Proqram tərəfi hazırdır və aparatın protokolu üzrə sınaqdan keçib. İnteqrasiya test mərhələsindədir — real cihazda yoxlanılır; ilk mağazaları müştəri ilə birlikdə qoşuruq.
Brauzerdəki kassa ilə də işləyir?
Xeyr. Aparat mağazanın daxili şəbəkəsində olduğu üçün fiskal çek yalnız Windows kassa proqramından vurulur. Brauzer və telefon tətbiqi satış və hesabatlar üçün qalır.
Başqa aparatlar dəstəklənir?
Hazırda birbaşa inteqrasiya Omnitech üçündür. Digər aparatlarda kassir çek nömrəsini «əl rejimi» ilə yazır.